Zaxarovadan Zelenskiyə: Xryuşa ilə Stepaşka qaldı…

Zaxarovadan Zelenskiyə: Xryuşa ilə Stepaşka qaldı…

Ukrayna Prezidenti Vladimir Zelenski “Gecəniz xeyirə qalsın, uşaqlar” (Спокойной ночи, малыши!) verilişinin aparıcısı Angel Vovkla yanaşı proqramın qəhrəmanları – Xryuşa və Stepaşkaya qarşı sanksiyalar tətbiq edə bilər.

AzerTimes xəbər verir ki, bu təkliflə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova öz Telegram kanalında çıxış edib.

“Mən hələ də Zelenskinin Xryuşanı və Stepaşkanı sanksiyalara məruz qoymasını gözləyirəm. Əgər indi Angelina Vovk “Ukraynanın milli təhlükəsizliyini təhdid edirsə”, onun iki personajı da qadağan edilməlidir”, – diplomat istehza ilə deyib.

Qeyd edək ki, yanvarın 15-də Zelenski Rusiya ilə əlaqəsi olan mədəniyyət xadimləri, jurnalistlər və blogerlərə qarşı sanksiyalar tətbiq edib. 198 nəfər məhdudiyyətlərə məruz qalıb. Onların arasında prodüser Yana Rudkovskaya, rejissor Andrey Konçalovski, teleaparıcı Angelina Vovk və başqaları var.

Teqlər: