Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyəti yeni şərtlərə uyğunlaşdırılacaq.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
M.Zaxarova xatırladıb ki, hazırda Rusiya sülhməramlılarının bir neçə stasionar və müvəqqəti müşahidə postları bağlanılıb:
“Bizim sülhməramlılara aid prinsipial məsələlər Bakı ilə müzakirə olunur”.