Rusiya Qərbin başlatdığı hərtərəfli hibrid müharibə şəraitində öz təhlükəsizliyini təmin etmək üçün lazımi əlavə addımlar atmaq hüququnu özündə saxlayır.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Moskva və Minskin START müqaviləsi üzrə öhdəliklərini pozmadan Belarusda taktiki nüvə silahlarını yerləşdirməyə razılaşdıqlarını açıqlamışdı.