Moskva xüsusilə hazırkı son dərəcə “ağır humanitar” vəziyyət fonunda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması haqqında mümkün arqumentləri anlaşılmaz hesab edir. Üstəlik, Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycan ərazisi kimi tanımasından sonra Moskvanın kifayət qədər səy göstərməməsi ilə bağlı iddiaları ikiqat yersizdir.
AzerTimes xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Baş naziri Paşinyanın Qarabağdakı rus sülhməramlılarının beynəlxalq missiya ilə əvəzlənməsinin tərəfdarı olduğu sözlərini şərh edərkən deyib.
“Bizim sülhməramlılarımız mühüm funksiyaları yerinə yetirirlər. Buraya əsirlərin mübadiləsi, minaların təmizlənməsi, insidentlərin tənzimlənməsi və humanitar yardımın göstərilməsi daxildir. Doğrudanmı bu fəaliyyət Ermənistan rəhbərliyi üçün lazımsızdır, arzuolunmazdır və onlar bunun getməsini istəyirlər. Necəsə, qərar vermək lazımdır”, – o bildirib.
Zaxarova vurğulayıb ki, Ermənistan rəhbərliyinin nümayəndələri bir sıra əsas məsələlərdə tez-tez qeyri-müəyyən mövqe tuturlar:
“Moskva sülhməramlıların fəaliyyətində qeyri-müəyyənliyin olmasını istəyir. Sözlərlə hoqqabazlıq yaxşılığa aparmır. Ən yüksək səviyyədə Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə töhfəsi dəfələrlə qeyd edilib və vəziyyətin normallaşdırılması üçün onun fəaliyyət göstərməsi tələbi vurğulanıb. Bütün bunları şübhə altına almaq cəhdləri yalnız suallar doğurur”.