Zaxarovadan Makrona “iki təklif”

Zaxarovadan Makrona “iki təklif”

Fransa Prezidenti Emmanuel Makron Kiyevə silah tədarükünü dayandırmalıdır.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“Mən Makrona cavab təklifi verirəm: mülki insanları öldürmək üçün istifadə edilən silahların tədarükünü, həmçinin terrorizmə sponsorluq etməyi dayandırmaq. Makrona ikinci təklifim də odur ki, Yaxın Şərq münaqişəsinin tərəflərinə də oxşar təklif irəli sürün. Fransanın sözlərindən çox şey asılıdır”, – Zaxarova bildirib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Parisin Rusiyaya Olimpiya Oyunları zamanı Ukraynada atəşkəs rejimi təklif edəcəyini demişdi.

Teqlər: