Zaxarovadan İrəvana: İyrənc presedent…

Zaxarovadan İrəvana: İyrənc presedent…

Ermənistanın qanunu pozmayan bir sıra Rusiya xadimlərini qara siyahıya salması ölkələrin qarşılıqlı fəaliyyətinə ziyan vurur.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova İrəvanda keçirilən Rusiya-Ermənistan mediaforumun iştirakçılarına müraciətində deyib.

Zaxarova bəzi rus nümayəndələrinin Ermənistana girişinin qadağan edilməsini iyrənc presedent adlandırıb.

Ölkəmizin aparıcı media menecerləri və politoloqları olan, qanunu pozmayan, yalnız şəxsi fikrini bildirən şəxslərin bu cür arzuolunmazlığı Rusiya ilə Ermənistanın qarşılıqlı fəaliyyətinə, münasibətlərinə ciddi ziyan vurur”.

Teqlər: