Zaxarova və Medvedyev axtarışa verildi

Zaxarova və Medvedyev axtarışa verildi

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevi və Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanı axtarışa verib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi bəyanat yayıb.

Qeyd olunur ki, D.Medvedyev və M.Zaxarova Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığına qəsd maddəsi ilə ittiham olunur.

Məlumata görə, Medvedyev “ibtidai istintaq orqanlarından gizlənən” şəxslər kateqoriyasına aid edilib.

Teqlər: