Zaxarova: Ukrayna NATO zibilliyini seçdi

Zaxarova: Ukrayna NATO zibilliyini seçdi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın NATO üzvlüyü ilə bağlı müraciətini dəyərləndirib.

AzerTimes xəbər verir ki, bu barədə o, Teleqram səhifəsində yazıb.

“Bu gün hər kəs öz yolunu seçdi. Qadınları və uşaqları öldürən qanlı qəssablar NATO zibilliyini seçdi. Biz gələcəyi seçdik”, – deyə XİN sözçüsü bildirib.

Qeyd edək ki, Ukrayna lideri Vladimir Zelenski ölkəsinin NATO-ya üzvlüklə bağlı sürətləndirilmiş prosedur hazırladığını söyləyib.

Teqlər: