Zaxarova: Türkiyə və ABŞ-ın Qafqaza marağı…

Zaxarova: Türkiyə və ABŞ-ın Qafqaza marağı…

Moskva əmindir ki, NATO-nun müdaxiləsi Cənubi Qafqazda nizamlanmanı uzun müddət təxirə salacaq və sabitliyi pozacaq.

AzerTimes xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Ermənistan rəsmiləri ilə Pentaqon arasında təmaslar məsələsinə gəlincə, biz görürük ki, NATO ölkələri, o cümlədən ABŞ və Türkiyə Cənubi Qafqaza daha çox maraq göstərir. Əminik ki, alyansın regionun işlərinə qarışması sabitliyin pozulmasına gətirib çıxaracaq və tamhüquqlu sülh nizamlanmasını uzun müddətə təxirə salacaq”, – o bildirib.

Zaxarova əlavə edib ki, nə Brüssel, nə də ABŞ-ın vasitəçiliyi Cənubi Qafqazda sabitliyə gətirib çıxaracaq nəticə göstərib.

Teqlər: