Zaxarova: Türkiyə ilə bağlı bu təşəbbüsü irəli sürəcəyik!

Zaxarova: Türkiyə ilə bağlı bu təşəbbüsü irəli sürəcəyik!

Rusiya tərəfi G20 sammitində təbii qazın nəqli, taxıl və gübrə tədarükün təşkili ilə bağlı Türkiyə ilə əməkdaşlığa dair təşəbbüslərlə çıxış edəcək.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Rusiya kommersiya və humanitar əsasda xarici bazarlara ərzaq məhsulları və enerji resurslarının tədarükündə etibarlı tərəfdaş olmağa davam etməyə hazır olduğunu təsdiq edəcək. Bununla belə, Rusiya istənilən qiymət təzyiqini və digər xarici təzyiq cəhdlərini rədd edəcək”, – o bildirib.

Qeyd edək ki, noyabrın 15-də İndoneziyanın Bali şəhərində G20 sammiti öz işinə başlayacaq.

Teqlər: