Nə deyə bilərəm, Fransa Prezidenti xəyalpərəstdir. Bu, yalnız zəngin təxəyyüllə edilə bilərdi. Ümumiyyətlə, mövzunun nədən getdiyi aydın deyil. Bəlkə Fransa Prezidenti heç kimin bilmədiyi nələrisə bilir.
AzerTimes xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa Prezidenti Makronun Moskvanı Azərbaycanın şəriki adlandıran və Ermənistanın ərazi bütövlüyünü təhdid edə biləcək bəyanatlarını şərh edərkən deyib.
“Onun nə demək istədiyini anlamaq istərdim. Məncə, bu da növbəti ikiüzlülükdür. Bu kimi açıqlamalarla o, baş verənlərin mexanizmini ortaya qoyur. Yəni əvvəllər demişdik ki, İrəvan öz əməllərinə görə məsuliyyəti başqalarının üzərinə atmağa çalışır və indi görürük ki, onu buna kim sövq edir. Budur, ərazi bütövlüyünə təhdidlə bağlı hansısa qəribə lüğətdən istifadə edərək, nə demək istədiyini dəqiqləşdirməyən Fransa prezidenti Rusiyanı günahlandırır. Həm də görürük ki, onlar rəsmi İrəvanı necə müəyyən addımlar atmağa sövq edib, məsuliyyəti Rusiya və ya başqasının üzərinə atırlar. Biz Fransa hakimiyyətinin bu üsullarını Afrika ölkələrinin timsalında yaxşı bilirik. Fransa nümayəndələrinin regiona sülhün qaytarılması məqsədi güdən vasitəçi mövqeyindən deyil, yalnız siyasi maraqlarından çıxış edərək Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə cəlb olunması göz qabağındadır”, – o bildirib.