Qərb ölkələri əgər Ukrayna ilə bağlı danışıqlar aparmaq istəyirlərsə, Kiyevi silahlandırmaqdan əl çəkməlidirlər.
AzerTimes xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Söhbət ayrı-ayrı ölkələrin Vaşinqtonun yaratdığı dalandan çıxış yolu tapmaq istəyindən gedirsə, bu, ayrı söhbətdir. O zaman Ukraynaya silah tədarükünü dayandırmalı, antirusiya sanksiyalarını qəbul etməməli və rusofob bəyanatlar verməməlidirlər”,- o bildirib.