Niderlandın istefaya gedən baş naziri Mark Rutte NATO baş katibi vəzifəsinə təyin olunsa belə, orada qlobal dəyişikliklər olmayacaq. Çünki baş katibin funksiyası ABŞ-da işlənib hazırlanmış siyasəti səsləndirməkdir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“NATO baş katibinin fiquru siyasi təsir baxımından nominaldır. O, ənənəvi olaraq ABŞ-ın hərbi-siyasi xadimlərinə rəhbərlik edən müavinləri tərəfindən hər tərəfdən güclü şəkildə əhatə olunub. O, xaricdə nə istehsal olunduğunu, nə göndərildiyini, ilk növbədə ABŞ-ın, yaxud da, Anqlo-Sakson dərin dövlətinin məhsulu olduğunu dilə gətirməlidir. Bu, onun funksiyasıdır – səsləndirmək, əlaqə saxlamaq. O, siyasət aparan, qərarlara təsir edən fiqur deyil”, – Zaxarova bildirib.
Qedy edək ki, NATO Baş katibi Yens Stoltenberq alyansın yeni baş katibi postuna ən yaxın namizədin Mark Ruttenin olduğunu demişdi.