Moskva İrəvandan üçtərəfli formatda əməkdaşlığı davam etdirəcəyini gözləyir.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, İrəvanın üçtərəfli formatdan yayınması regiondakı vəziyyətə mənfi təsir edir və yerli eskalasiyaya gətirib çıxarır.
“Biz tərəflərə müraciətimizi təkrar edirik ki, Rusiya, Azərbaycan və Ermənistan arasında əldə edilən üçtərəfli sazişlərə əməl etsinlər, təmkinliliyi qorusunlar və Laçın dəhlizində təhlükəsizliyin təmin edilməsinin məsuliyyətini dərk etsinlər”, – Rusiya XİN rəsmisi qeyd edib.