Zaxarova: İrəvana kimin mane olduğunu çox yaxşı bilirik

Zaxarova: İrəvana kimin mane olduğunu çox yaxşı bilirik

Ermənistan rəhbərliyinə müqavilələri kağız üzərində yekunlaşdırmağa nəyin mane olduğunu çox yaxşı bilirik. Bu, qərbli dostlarının məsləhətidir.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

Zaxarova vurğulayıb ki, üç ölkə liderinin 2021-ci ilin yanvarında başlatdığı kommunikasiyaların blokdan çıxarılması prosesi hələ də başa çatmayıb:

“İrəvan ABŞ və Avropa Birliyinin məsləhəti ilə hərəkət edərək gələcək regional konfiqurasiyadan kənarda qalmaq riski ilə üzləşir”.

Zaxarova qeyd edib ki, Vaşinqton və Brüssel dəfələrlə müəyyən proseslərdə “qarant” kimi çıxış etsə də, heç vaxt uğur əldə etməyib:

“Biz yalnız konkret marşrutun yaradılmasının deyil, Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tamamilə blokdan çıxarılmasının tərəfdarıyıq”.

Rusiya XİN sözçüsü Üçtərəfli İşçi Qrupun işinin İrəvanda heç bir şikayətə səbəb olmadığını vurğulayıb.

Teqlər: