Amerika mətbuatında İranın ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdində əli ola biləcəyi ilə bağlı yayılan məlumatlar ağ yalandır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında yazıb.
“Nəzərinizə çatdırım ki, İranın dövlət, siyasi və ictimai xadimlərini mütəmadi olaraq aradan götürən ABŞ olub. Həm də təkcə iranlıları deyil”, – Zaxarova qeyd edib.
Xatırladaq ki, CNN Trampa qarşı sui-qəsd cəhdində İranın əli ola biləcəyi yönündə iddialar yaymışdı. İran tərəfi bu iddiaları rədd etmişdi.