Zaxarova, deputatlar, hərbçilər bizə qarşıdır… – Arsenyan

Zaxarova, deputatlar, hərbçilər bizə qarşıdır… – Arsenyan

İrəvan ikitərəfli münasibətlərdə öz milli maraqlarını qorumağa və əsassız tələbləri rədd etməyə başladığı üçün Rusiyadan Ermənistan hakimiyyətinə qarşı narazılıqlar eşidilir.

AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasından deputat Qurgen Arsenyan deyib.

“Zaxarova, təbliğatçılar, deputatlar, hərbçilər tərəfdən bəzi tezislər eşidilir. Ermənistandan, hakimiyyətdən açıq və gizli narazılıq təzahürləri var. Səbəb odur ki, biz dövlət maraqlarını qorumağa başlamışıq”, – deputat bildirib.

Teqlər: