Zaxarova Baydeni belə ələ saldı

Zaxarova Baydeni belə ələ saldı

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Kambocada keçirilən ASEAN sammitində ölkələrin adını səhv salan ABŞ Prezidenti Co Baydeni ələ salıb.

AzerTimes xəbər verir ki, Zaxarova Baydenin səhvinə zarafatla reaksiya verib.

“Maraqlıdır ki, o, ASEAN-a Kolumbiya ölkəsinin, Kolumbiyanın Amerika dairəsinin, Şri-Lankanın Kolombo şəhərinin və ya leytenant Kolombonun sədrlik etdiyini düşünür?”, – Zaxarova vurğulayıb.

Qeyd edək ki, ASEAN sammitində iştirak edən Bayden səhvən Kamboca əvəzinə Kolumbiyaya təşəkkürünü bildirib.

Teqlər: