Rusiya ABŞ hakimiyyətinin Rusiya mediasına məhdudiyyətlərinə cavab olaraq tədbirlər hazırlayır.
AzerTimes xəbər verir ki, bunu Birinci Kanalın efirində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Rusiya hakimiyyəti reaksiya verir, siyasi qiymətləndirmələr aparılıb. Cavab tədbirlərinə gəlincə, onlar hazırlanacaq”, – o bildirib.