Zaxarova: AB-nin İrəvandakı missiyası Rusiyaya qarşıdır

Zaxarova: AB-nin İrəvandakı missiyası Rusiyaya qarşıdır

AB-nin Ermənistandakı monitorinq missiyasının fəaliyyəti Rusiya ilə geosiyasi qarşıdurmaya yönəlib.

AzerTimes xəbər verir ki, bunu Rusiya XİN nümayəndəsi Mariya Zaxarova deyib.

“Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına hər hansı töhfədən söhbət getmir. AB missiyası yalnız vəziyyəti gərginləşdirdi və onlar Ermənistan-Azərbaycan sərhədində toqquşmanın qarşısını almaq üçün heç bir təsir göstərmədi”, – o bildirib.

O qeyd edib ki, bunu Rusiyanın qiymətləndirmələri da təsdiqləyir:

“Gərginliyin azaldılmasının əsas mexanizmlərindən biri Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi olmalıdır. Moskva uzun fasilədən sonra iyulun 12-də keçirilən növbəti, dördüncü görüşü alqışlayır və tərəflərə məsləhətçi yardım göstərməyə hazır olduğunu təsdiq edir. Kanadalıların Ermənistanda peyda olması AB-nin tamamilə itirmiş xarici siyasət müstəqilliyinin ABŞ və NATO-nun maraqlarına xidmət etdiyini açıq şəkildə təsdiqləyir”.

Teqlər: