Zaur Baxşəliyevin aparıcısı olduğu “Bizimləsən” verilişinin efir müddəti azaldılıb.
AzerTimes xəbər verir ki, bu barədə aparıcı özü efirdə deyib.
O bildirib ki, ailəsinə, övladlarına da vaxt ayırmaq istəyir və buna görə də verilişin efir vaxtının azaldılması xahişi ilə rəhbərliyə müraciət edib, rəhbərlik isə müsbət cavablandırıb.
Beləliklə, Z.Baxşəliyevin verilişinin efir müddəti 2,5 saata endirilib.
Qeyd edək ki, bundan öncə “Bizimləsən”in efir müddəti 4 saat idi.