Zaur Qəhrəmanov “Neftçi”nin Müşahidə Şurasının üzvü vəzifəsindən istefa verib.
AzerTimes xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
Z.Qəhrəmanov bu vəzifəyə 9 il əvvəl təyin olunmuşdu.
Qeyd edək ki, Zaur Qəhrəmanov daha əvvəl “SOCAR Türkiyə”nin baş icraçı direktoru olub. O, ötən il vəzifəsindən azad edilərək SOCAR prezidentinin müşaviri təyin edilib.