Zaur Kamalla bağlı qərar…

Zaur Kamalla bağlı qərar…

ARB-də yayılan “Həmin Zaur” proqramının 20 iyun buraxılışında aparıcı Zaur kamalın güneyli müğənni Afşin Azərini efirdən heç bir səbəb göstərmədən qovması ilə bağlı kanal rəhbərliyi heç bir addım atmayıb.

AzerTimes xəbər verir ki, bu istiqamətdə medianın sorğusuna ARB-dən hələ də cavab verilməyib.

Audiovizual Şura da aradan keçən müddət ərzində sorğuları cavablandırmamaqda və suallardan yayınmaqda davam edir.

Beləliklə, kanal rəhbərliyi və audiyyəti qurum heç bir reaksiya verməməklə ictimai hörmətsizliyini davam, məsuliyyətlərini dərk etmədiklərini nümayiş etdirməkdədir.

Zəruri olaraq qeyd edək ki, media eksperti, hüquqşünas Ələsgər Məmmədli aparıcının Media haqqında Qanunun 14.1.7-ci maddəsinin (şərəf və ləyaqətin alçaldılmasına, işguzar nüfuzun ləkələnməsinə jurnalist yol verə bilməz), Mətbuat Şurasının qəbul etdiyi jurnalistin peşə, əxlaq, davranış qaydalarının 3.1-ci (jurnalistlər hər hansı bir formada cinsinə, irqinə, peşəsinə, millətinə, dininə, ya da yaşadığı, anadan olduğu yerə görə kimisə nə pisləməli, nə də bu hissəni qabartmalıdır), 3.2-ci maddəsinin (jurnalist hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsiyyət toxunulmazlığı prinsiplərinə hörmətlə yanaşmalıdır) pozulduğunu bildirmişdi.

Teqlər: