Zaur Əliyevin “Zəngəzur dəhlizi…” çap edildi

Zaur Əliyevin “Zəngəzur dəhlizi…” çap edildi

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Zəngəzur dəhlizi: geosiyasi reallıqlar və perspektivlər” adlı kitabı çap edilib.

AzerTimes xəbər verir ki, kitab “Azərbaycanın geosiyasi mövqeyi və beynəlxalq nəqliyyat dəhlizləri”, “Zəngəzur: tarix, deportasiya, siyasət və geosiyasi proseslər” və “Zəngəzur dəhlizi: geosiyasi reallıqlar və beynəlxalq layihələr” başlıqlı mövzuları əhatə edir.

Arxiv sənədləri, yerli və xarici müəlliflərin araşdırmaları, təhlillər və siyasi proseslərdə aparılan danışıqların məzmunu kitabın mənbəşünaslıq bazasını təşkil edir. Kitabın hazırlanması prosesində yerli və xarici ekspertlərlə məsləhətləşmələr aparılıb, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının hesabatlarından istifadə edilib.

Mövzu ilə bağlı kitabda nadir arxiv sənədləri və xəritələr öz əksini tapır.

Təqdim edilən kitab geniş oxucu kütləsi və elmi tədqiqatlar aparan şəxslər üçün dəhlizin geosiyasi əhəmiyyətini və gələcək perspektivlərini təhlil edir.

Qeyd edək ki, bu, müəllifin sayca 22-ci kitabıdır.

Teqlər: