Əməkdar mədəniyyət işçisi, Zaur Baxşəliyev yenidən universitetə qəbul olub.
AzerTimes xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.
Aparıcı “Zenith” Xaricdə Təhsil Mərkəzi sayəsində universitetə qəbul olunması ilə bağlı məlumatı izləyiciləri ilə bölüşüb:
“Mən heç bir imtahan vermədən Moskva İdarəetmə akademiyasının Hüquq fakültəsinə qəbul oldum”.
1998-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsinə qəbul olan Baxşəliyev qeyd edib ki, universiteti qırmızı diplomla bitirib.