Zaur 2 dəqiqədə 20 yalan danışdı – Afşin Azəri

Zaur 2 dəqiqədə 20 yalan danışdı – Afşin Azəri

Cənubi azərbaycanlı müğənni Afşin Azəri dünən ARB-nin efirində aparıcı Zaur Kamalla aralarında baş vermiş insidentdən danışıb.

AzerTimes xəbər verir ki, “Tarixin bir günü” verilişinə qatılan Afşin Zauru yalan danışmaqda ittiham edib:

“İnsan iki dəqiqənin içində necə iyirmi dənə yalan danışdı. Dedi, guya söyləmişəm ki, iranlı müğənniləri efirə niyə çağırmısan. Mən heç vaxt o sözü deməmişəm. Mənə deyir ki, çıx efirdə onlardan danış. Axı mən niyə danışım? Sonra deyir ki, mən yeganə adamam İrandan gələn bütün müğənnilərə qucaq açmışam. Mən 2 nəfər dostumdan bilirəm, bu, hamıya pulla qucaq açıb”.

Teqlər: