Zatulinin Ermənistana girişi qadağan edildi

Zatulinin Ermənistana girişi qadağan edildi

Rusiya Dövlət Dumasının MDB İşləri üzrə komitə sədrinin birinci müavini, illərdir ermənipərəst mövqeyi ilə gündəmə gələn rusiyalı siyasətçi Konstantin Zatulin Ermənistanda “persona non qrata” elan edilib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti yazır.

“Bizim məlumatlara görə, Konstantin Zatulinin Ermənistana girişi qadağan edilib. Bu gündən etibarən o, Ermənistanda arzuolunmaz şəxs hesab olunur”, – deyə nəşr bildirib.

Qeyd edək ki, bir müddət öncə rusiyalı deputat Zatulin öz müsahibələrində birində 44 günlük müharibədəki məğlubiyyətdə Ermənistan hakimiyyətini ittiham edib.

Teqlər: