Zatulin Qazaxıstana buraxılmadı, XİN işə qarışdı

Zatulin Qazaxıstana buraxılmadı, XİN işə qarışdı

Qazaxıstana tez-tez siyasi hücumları ilə tanınan Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin bu ölkəyə buraxılmayıb.

AzerTimes xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

Məlumata görə, Zatulin pasport nəzarəti zonasında saxlanılıb:

“Müəyyən çətinliklərdən və Rusiya XİN-in vəziyyətə müdaxiləsindən sonra problem həll olunub”.

Zatulin özü də bildirib ki, Qazaxıstanda (Baykonur şəhərində) nəzarət-buraxılış məntəqəsində həqiqətən də problemlər var idi. Sərhədçilər ona problemin səbəbini bildirməyiblər:

“Moskvadan Baykonura gəldik və Qazaxıstan sərhədçiləri tərəfindən aparılan pasport nəzarətindən keçərkən problem yarandı. Pasport keçid məntəqəsində bir müddət dayanmalı olduq. Təəssüf edirəm, amma mənə qarşı hansı iddiaların olduğunu heç bir şəkildə izah edə bilmirəm, çünki sərhədçilər də bunu izah edə bilmədilər. Rusiya səfirliyinin müdaxiləsindən sonra bu anlaşılmazlığa və ya bu “təxribata” son qoyuldu”.

Teqlər: