Zatulin əsəbiləşdi: Kurska görə Ermənistandan kömək istəyək?

Zatulin əsəbiləşdi: Kurska görə Ermənistandan kömək istəyək?

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumuna görə Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı tərəfdaşlarından kömək istəmək niyyətində deyil.

AzerTimes xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin deyib.

“Xeyr, müraciət etməyəcəyik. KTMT-nin əsas ölkəsi olan Rusiyanın öz ərazisinə görə kimdənsə kömək istəməsi təəccüblü olardı. Kursk bölgəsində Rusiyaya kömək etmək üçün kimi cəlb edəcəksiniz? Qazaxları, yoxsa erməniləri? Siz axmaq suallar verirsiniz”- deyə o, bu yöndə sual verən jurnalistə əsəbiləşib.

Qeyd edək ki, Ukrayna ordusunun artıq Kursk vilayətinin Suca rayon mərkəzinə daxil olduğu bildirilir.

Teqlər: