Zatulin erməni deputatlardan qisas almaq istəyir

Zatulin erməni deputatlardan qisas almaq istəyir

Biz sadəcə səbir göstəririk, amma bu, sonsuz deyil. Belə davam edərsə, biz eyni əsaslarla Ermənistan deputatlarının Rusiyaya girişinə qadağa qoyulmasını tələb edəcəyik.

AzerTimes xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB İşləri üzrə komitə sədrinin birinci müavini, ermənipərəst siyasətçi Konstantin Zatulin deyib.

“O erməni deputatlar vicdan əzabı çəkmədən Rusiyanı bütün günahlarda ittiham edirlər. Biz də oxşar iş rejiminə keçəcəyik, lakin hələlik gözləyirik”, – o bildirib.

Qeyd edək ki, ermənipərəst Zatulinin Paşinyana qarşı mövqeyinə görə Ermənistana girişi qadağan edilib.

Teqlər: