Zasdan Xankəndi-Laçın yolundakı aksiyaya reaksiya

Zasdan Xankəndi-Laçın yolundakı aksiyaya reaksiya

Laçın yolu ilə bağlı məsələnin həlli KTMT-nin məsuliyyət dairəsindən kənardır.

AzerTimes Report-a istinadən xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Stanislav Zas Rusiya KİV-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Ermənistandan da heç bir müraciət daxil olmayıb:

“Ona görə də bu məsələnin KTMT-nin məsuliyyət dairəsinə daxil olmadığı mövqeyindən çıxış edirik”.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 9 gündür davam edir.

Teqlər: