Zas Ermənistanda keçiriləcək iclası müzakirə etdi

Zas Ermənistanda keçiriləcək iclası müzakirə etdi

KTMT Baş katibi Stanislav Zas Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi və Prezidentin köməkçisi, Qazaxıstan Təhlükəsizlik Şurasının katibi Gizat Nurdauletov ilə KTMT-nin nizamnamə orqanlarının qarşıdan gələn iclaslarına hazırlığı müzakirə edib. İclas noyabrda Ermənistanda planlaşdırılıb.

AzerTimes xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.

“Görüşlər zamanı onlar Mərkəzi Asiya regionundakı situasiyanı vurğulayaraq, KTMT-nin məsuliyyət zonasındakı vəziyyəti müzakirə ediblər”, – məlumatda deyilir.

Teqlər: