Xəbər - Zeyni Cəfərov – Trend:
Azərbaycanla Xorvatiya arasında bütün istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var.
Bunu AzerTimes-a Xorvatiyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Stepan Mesiç deyib.
O bildirib ki, bu, ilk növbədə ölkələrin siyasi iradəsindən asılıdır: “Ölkələrimizin siyasi iradəsi var və bu, dövlət başçıları səviyyəsində əks olunur. Azərbaycan və Xorvatiya strateji tərəfdaşdır, bu da xalqlar arasında etibarlı və uzunmüddətli münasibətlər qurmağa imkan yaradır”.
Sabiq prezident, həmçinin Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyətə toxunub:
“Azərbaycan öz ərazi bütövlüyünün bərpa edib və müharibədən sonra əsas məsələ xalqlar arasında nifrət amilini aradan qaldırmaqdır. Dövlətlərin siyasəti elə qurulmalıdır ki, bu amil aradan qalxsın. Tarixən müəyyən ölkələr arasında fikir ayrılıqları mövcud ola bilər, amma düzgün dövlət siyasəti sülhə gətirib çıxara bilər. Azərbaycan prezidenti ədalətli və sülhsevər siyasət yürüdür”.
(Tərcümə: Orxan Nəbiyev)