Zaqatalada yol polisinin keçirdiyi reyddə piyadalar cərimələnib (FOTO)

Piyadalar arasında intizamın möhkəmləndirilməsi, xüsusilə də
onların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması
məqsədi ilə Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi
Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində reyd təşkil
olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata
görə, hərəkətin intensiv olduğu küçələrdə keçirilən reyd zamanı
ərazidə yeraltı və yerüstü keçidlərin olmasına baxmayaraq, bəzi
şəxslərin yolu müəyyən edilməyən yerlərdən keçdikləri
aşkarlanıb.

Bu kimi halların özləri ilə bərabər digər hərəkət iştirakçıları
üçün də təhlükə yaratdığı onların diqqətinə çatdırılıb və
barələrində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Teqlər: