Zaqatalada yeni doğulan daha bir körpə öldü

Zaqatalada yeni doğulan daha bir körpə öldü

Zaqatalada yeni doğulan körpə ölüb.

AzerTimes APA-ya istinadən xəbər verir ki, bu gecə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum evində yeni doğulan körpə ölümü baş verib.

Rayonun Yuxarı Tala kənd sakini Pərvana Şahid qızı İsgəndərova 04.11.2024-cü il tarixində qeysəriyyə yolu ilə körpə dünyaya gətirib. Yeni doğulan cinsi oğlan olan körpə bu gecə Zaqatala RMX-nin doğum şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, bu faktla birlikdə yeni doğulan körpə ölümü noyabr ayı ərzində ikinci hadisədir. Rayonun Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü Sahibə Sahib qızı Məmmədova doğuş üçün xəstəxanaya müraciət edib. Noyabrın 1-də baş tutan doğuş zamanı körpə ölüb.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Teqlər: