Ötən gün axşamdan etibarən yağan güclü leysan yağışı nəticəsində Zaqatala rayonunun Muxax, Mamrıx, Lahıc və Bəhmətli kəndləri sel suları altında qalıb.
AzerTimes Report-a istinadən xəbər verir ki, yağış suları adıçəkilən kəndlərin təsərrüfatlarına və həyətyanı sahələrinə dolub.
Güclü sel nəticəsində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Lahıc və Bəhmətli kəndləri ərazisindən keçən hissəsində yol bağlanıb.
Güclü leysan əkin sahələrinə və yol təsərrüfatına xeyli ziyan vurub. Əraziyə aidiyyatı qurumların əməkdaşları cəlb olunub.