Zaqatalada şadlıq sarayının sahibi cərimələnib

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət-yoxlama tədbirləri zamanı toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, “Təranə” şadlıq sarayında keçirilən toy mərasimində 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub.

Tələblərin pozulduğu toy mərasimini dayandırılıb, obyektin sahibi İsmayıl Əlicanov və toy sahibi Çingiz Eminov barəsində qanunauyğun tədbir görülüb.

Teqlər: