Zaqatalada qaydaları pozan 25 sürücü cərimələnib

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları şəhərin küçə və prospektlərində dayanma-durma
qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar reyd
keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a
verilən məlumata görə, şəhərin müxtəlif nöqtələrində dayanma-durma,
parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını,
piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri yol
polisi əməkdaşları tərəfindən müəyyən olunub. Onlarla
maarifləndirici söhbətlər aparılıb və 25 sürücü barəsində inzibati
protokol tərtib edilib.


Bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam
etdiriləcək.

Teqlər: