Zaqatalada piyada keçidlərindən istifadə etməyənlər barəsində inzibati tədbirlər görülüb (FOTO)

Zaqatalada yol polisi tərəfindən piyadalar arasında intizamın
möhkəmləndirilməsi, onların həyat və sağlamlığının qorunması
məqsədi ilə şəhər ərazisində nəzarət-profilaktik tədbirlər
keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a
verilən məlumata görə, xüsusilə də avtomobillərin intensiv hərəkət
etdiyi küçə və prospektlərdə keçirilən tədbirlər zamanı ərazidə
yeraltı və yerüstü piyada keçidlərinin olmasına baxmayaraq, bəzi
şəxslərin yolu müəyyən edilməyən yerlərdən keçdikləri aşkarlanıb.
Onlarla maarifləndirici söhbətlər aparılıb və yol hərəkətinin
təhlükəsizliyi barədə məlumat verilib.Bu kimi qayda pozuntularının
həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün
ciddi təhlükə yaratdığı izah olunub. Edilən xəbərdarlıqlara
baxmayaraq təkrar analoji qayda pozuntusu törədən piyadalar
barəsində inzibati tənbeh tədbirləri görülüb.

Teqlər: