Martın 16-da saat 14:30 radələrində Zaqatala rayonu ərazisində 2006-cı il təvəllüdlü Məhəmməd Kamal oğlu Ömərovun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
AzerTimes xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Faktla bağlı araşdırma aparılır.