Zaqatalada iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.
AzerTimes xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
“Opel” markalı avtomobil BMV ilə toqquşduqdan sonra ağaca çırpılıb.
Nəticədə “Opel” də olan sərnişinlər – 1979-cu il təvəllüdlü Telman Mirzəbəyov və 1987-ci il təvəllüdlü Sərcahan Musayeva aldıqları xəsarətlərdən hadisə yerində həlak olublar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.