Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotikin satışı ilə ittiham olunan Vüqar İsayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
AzerTimes-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə, V.İsayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 1970-ci il təvəllüdlü V.İsayev Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi) ilə təqsirli bilinir.
V.İsayev daha əvvəl də Zaqatalada narkotik vasitələrin daşınması və satışı ilə məşğul olduğuna görə məsuliyyətə cəlb edilib.