Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı fərdi evdə təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, rayonun Danaçı kəndində Dibir Həsənova məxsus evin həyətyanı sahəsində keçirilən toy mərasimində iştirak edən qonaqlardan bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.
Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toyun təşkilatçısı D.Həsənov inzibati məsuliyyətə cəlb olunaraq 400 manat cərimələnib.