Zaqatalada dağlıq ərazidə itkin düşən Hindistan vətəndaşının
axtarışları davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru,
polis baş leytenantı Mahir Məsimov Trend-in sorğusuna cavab olarq bildirib ki,
turist kimi ölkəmizə səyahət edən və Zaqatalada çətin relyefə malik
dağlıq ərazidə itkin düşən 29 yaşlı Hindistan Respublikası
vətəndaşının axtarışları davam edir.
M.Məsimov bildirib ki, Daxili İşlər Nazirliyi, eləcə də
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti strukturunun
əməkdaşlarından ibarət qruplar axtarışlara cəlb olunub.
Onun tapılması istiqamətində bütün zəruri tədbirlər görülür.
Xatırladaq ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı,
1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada
olan itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.
İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı
hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək
dağlıq ərazisinə getdiyi müəyyən olunub.