Zaqatalada ətraf mühiti çirkləndirən 14 nəfər cərimələnib

Ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon
ərazisində nəzarət-profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a
verilən məlumata görə, keçirilən tədbirlər zamanı məişət
tullantılarını urnalardan kənara atan, ərazidə antisanitar vəziyyət
yaradan şəxslər müəyyən olunub.

Onlarla izahedici söhbətlər aparılıb və 14 nəfər barəsində
İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının
tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol
tərtib olunaraq hər biri 50 manat məbləğində cərimələnib.

Teqlər: