Zaqatala rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə
profilaktiki tədbirlər həyata keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional
qrupundan verilən məlumata görə, bu cür tədbirlərin keçirilməsində
məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli
maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.
Polis əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki,
istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə
onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin
normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol
verməlidirlər. Araşdırmalar zamanı 12 nəfər sürücü inzibitai
məsuliyyətə cəlb edilib.