Zaqatala Rayon Mərkəzi Xəstəxanasına bu ilin oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub.
AzerTimes xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılıb.
Qeyd olunub ki, ambulator xəstələrdən 8 uşaqdır, vəziyyətləri stabildir:
“Bu müddət ərzində xəstəxanaya müraciət edən 19 nəfər (5-i uşaq olmaqla) stasionar müalicə alıb. Onlardan 10 xəstə artıq evə buraxılıb. 9 xəstənin isə stasionar müalicəsi davam etdirilir”.