Zaqatalada 16 yaşlı oğlan bıçaqlandı

Zaqatalada 16 yaşlı oğlan bıçaqlandı

Zaqatalada bıçaqlanma olub.

AzerTimes APA-ya istinadla xəbər verir ki, hadisə aprelin 2-də axşam rayonun Əliabad qəsəbəsində baş verib. Qəsəbə sakini, 2008-ci il təvəllüdlü N.Z. 2009-cu il təvəllüdlü K.Q. arasında şəxsi münasibətlər zəmnində mübahisə baş verib. Mübahisə zamanı N.Z. bıçaqla K.Q-yə xəsarət yetirib.

Xəsarət alan şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

N.Z-nin Əliabad tam orta məktəbinin 11-ci sinif şagirdi olduğu bildirilir.

Teqlər: