Zaqatala rayonunun Muğanlı kəndində 1957-ci il təvəllüdlü İbrahim Həsən oğlu İbrahimova məxsus fərdi yaşayış evində yanğın olub.
AzerTimes xəbər verir ki, yanğın zamanı ümumi sahəsi 480 kv.m olan 15 otaqdan ibarət olan yaşayış evinin 2-ci mərtəbəsindəki 9 otaq və tavan hissəsi tamamilə yanıb.
Evin birinci mərtəbəsində olan 6 otaq isə yararsız vəziyyətə düşüb.
Yanğın yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.
Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.