Zaqatalada 10 il əvvəl qətl törədən şəxsə hökm oxunub

Xəbər - Samir Əli – Trend:

Şəki Ağır Cinayətlər Məhkəməsində 10 il əvvəl öldürülən qadının qətlində təqsirləndirilən Polad İsmayılovun işi üzrə məhkəmə prosesi başa çatıb.

AzerTimes-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə P.İsmayılov 11 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Zaqatala rayon sakini, 1950-ci il təvəllüdlü Əyyubova Seyran Şakir qızının 24.02.2011-ci il tarixdə yaşadığı evdə üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq olunan cinayət işinin 9 il sonra açılması təmin edilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə mərhum Seyran Əyubovanın yaşadığı evdə günlük kirayədə yaşayan İsmayılov Polad Şəmsəddin oğlunun 24 fevral 2011-ci il tarixdə şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Seyran Əyyubovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polad İsmayılov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Teqlər: